İQTİSADİYYAT


Gələn il Şərq Tərəfdaşlığı ölkələri arasında rominq tariflərinin azaldılmasına dair saziş imzalana bilər

Bakı, 16 noyabr, AZƏRTAC

2020-ci ildə Şərq Tərəfdaşlığı ölkələri arasında rominq tariflərinin azaldılmasına dair saziş imzalana bilər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Şərq Tərəfdaşlığı ölkələri arasında rominq tariflərinin azaldılması ilə bağlı birgə iclas keçirilib. Litvanın paytaxtı Vilnüsdə keçirilən iclas Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrinin Rabitə Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) Rominq üzrə Ekspert İşçi Qrupunun (REWG), Avropa ölkələrinin aidiyyəti dövlət orqanlarının nümayəndələrinin və bu ölkələrin Litvada akkreditə olunmuş diplomatik nümayəndələrinin iştirakı ilə baş tutub.

Azərbaycan tərəfindən iclasda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri ilə yanaşı, ölkəmizin Litvadakı səfiri iştirak edib.

İclasın əsas məqsədi Şərq Tərəfdaşlığı regionunda rominq tariflərinin azaldılması məqsədilə 2020-ci ildə imzalanması nəzərdə tutulan Regional Rominq Sazişinə hazırlıq çərçivəsində görülən işlər barədə fikir mübadiləsinin aparılması olub.

Sözügedən iclas Avropa Komissiyasının dəstəyi, Litvanın Tənzimləyici Qurumu, eləcə də REWG-ə sədrlik edən Ukraynanın Rabitə və İnformasiyalaşdırmanın Dövlət Tənzimlənməsi üzrə Milli Komissiyasının təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq rominq sahəsində ən yaxşı təcrübələrin araşdırılaraq müqayisə edilməsi, rominq bazarı üzrə milli qaydaların yaxşılaşdırılması üçün tənzimləyici platformanın hazırlanması, eyni zamanda, Aİ-yə üzv dövlətlərin və tərəfdaş ölkələrin tənzimlənən bazarlarına aid yeni çağırışlar və əldə edilmiş nailiyyətlərə dair geniş müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.