İDMAN


Gələn il Səudiyyə Ərəbistanında Formula 1 yarışı keçirilə bilər

Bakı, 23 sentyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanının dövlət qurumları “Liberty Media” ilə əməkdaşlığı genişləndirir. Belə ki, artıq dövlət neft şirkəti “Aramco” Formula 1-in qlobal tərəfdaşıdır.

AZƏRTAC “RaceFans” nəşrinə istinadla xəbər verir ki, bununla da, gələn il təqvimə yeni mərhələ əlavə oluna bilər. Ölkənin paytaxtı Ər-Riyaddan 45 kilometr aralıda, Qran-Prinin keçirilməsinin nəzərdə tutulduğu Qiddiyada sahəsi 334 kvadrat kilometr olan möhtəşəm şəhər parkının inşası planlaşdırılsa da, koronavirus pandemiyası səbəbindən layihə dayandırılıb. Amma yarış keçirmək iddiasından imtina edilməyib.

Nəşrin məlumatına görə, gələn il Səudiyyə Ərəbistanı Qran-Prisi ölkənin “iqtisadi paytaxtı” - Ciddədə keçirilə bilər və gələcəkdə Qiddiyaya köçürüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.