Gələn il UNESCO-da Fikrət Əmirov və Hacı Zeynalabdin Tağıyevin yubileyləri qeyd ediləcək

Bakı, 28 dekabr, AZƏRTAC
2022-ci ildə UNESCO-da Fikrət Əmirov, Hacı Zeynalabdin Tağıyevin yubileyləri qeyd ediləcək.
AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə hədəflər və nəticələr” mövzusunda keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, Parisdə keçirilən UNESCO-nun 41-ci Baş Konfransı çərçivəsində Azərbaycanın iki tarixi şəxsiyyəti - mesenat H.Z.Tağıyevin anadan olmasının 200 illiyi və bəstəkar Fikrət Əmirovun 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına salınıb və bu yubileylərin UNESCO səviyyəsində beynəlxalq miqyasda qeyd edilməsi təsdiq edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.07.2025 [11:45]
Qala Əntiq Əşyalar Muzeyi bərpadan sonra ziyarətçilərin ixtiyarına verilib
- 11.07.2025 [09:41]
Bu gün Xalq artisti Rasim Ocaqovun anım günüdür
- 11.07.2025 [08:26]
Bu gün görkəmli şair Abbas Səhhətin vəfatından 107 il ötür
- 10.07.2025 [20:56]
Bakıda Opera Günlərinin bağlanış mərasimi keçirilib VİDEO
- 10.07.2025 [17:55]
Azərbaycan ilə Özbəkistan arasında birgə mədəni tərəfdaşlıq
- 10.07.2025 [17:19]
Günay Əfəndiyeva: Biz öz mədəni irsimizə sahib çıxmalıyıq
- 10.07.2025 [15:10]