Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Gələn il "Bank Ombudsmanı"nın səlahiyyətləri bir qədər artırılacaq

Gələn il

Bakı, 28 dekabr, AZƏRTAC

Bildiyimiz kimi, "Bank Ombudsmanı"nın fəaliyyətə başlamasından 4 ay keçib. Fəaliyyəti dövründə "Bank Ombudsmanı"nın gördüyü işlər, baxdığı şikayətlərlə bağlı qurumun məsul katibi Elçin Həsənov AZƏRTAC-ın suallarını cavablandırıb.

-Dörd ay ərzində "Bank Ombudsmanı"na neçə müraciət daxil olub?

-"Bank Ombudsmanı"nın əsas məqsədi banklarla fiziki şəxs olan müştərilər arasında fikir ayrılığının aradan qaldırılmasıdır. "Bank Ombudsmanı"nın yaradılması Azərbaycan Banklar Assosiasiyasının (ABA) ümumi yığıncağının 2017-ci il 3 fevral tarixli iclasında qəbul edilib. Lakin rəsmi fəaliyyətə bu il sentyabrın 5-dən başlayıb. Bu müddət ərzində biz əsasən, "Bank Ombudsmanı" İkram Kərimovun rəhbərliyi ilə "Bank Ombudsmanı"nın əsasnaməsinə və reqlamentinə əsasən uyğun olaraq, vətəndaşların rahat şəkildə "Bank Ombudsmanı"na müraciət etməsi üçün zəruri prosedurların işlənib hazırlanması, rəsmi saytın yaradılması, əməkdaş olacaq banklarla bəyannamələrin imzalanması və digər təşkilati–texniki işlərlə məşğul olmuşuq. Artıq sentyabrın 5-dən rəsmi saytımız fəaliyyətə başlayıb və bu zamandan etibarən vətəndaşlardan müraciətlərin qəbuluna başlanıldı. Vətəndaş, ilk növbədə, şikayətinin motivi göstərilməklə banka yazılı müraciət etməli və oradan cavab gözləməli olduğu üçün ilk müraciət bizə sentyabr ayının sonları daxil olub.

Ümumiyyətlə, bu müddət ərzində "Bank Ombudsmanı"na 163 müraciət daxil olub. Bu müraciətlər elektron formada, poçtla və ofisə gəlib şəxsən müraciət vasitəsilə edilib. Müraciətlərin bəziləri "Bank Ombudsmanı"nın səlahiyyətlərinə daxil olmadığı üçün qəbul olunmayıb, bir qismi düzgün prosedur qaydalarına əməl olunmadığından yenidən müraciət etmələri üçün izah edilib və sənədlər gözləmə mövqeyindədir, digər işlər isə icraata daxil edilib.

-Daxil olan müraciətlərdən neçəsi müsbət nəticələnib və neçəsi öz nəticəsini verməyib?

-"Bank Ombudsmanı"nın icraatına daxil olmuş 8 iş üzrə bankla müştəri arasında barışıq sazişi imzalanıb, 4 işin icraatına bankla müştəri arasında razılığa gəlinmədiyi üçün xitam verilib və digər işlər isə hazırda icraatdadır. Banklarla müştəri arasında əldə edilən razılıqlara, əsasən borcun bağışlanılması, aşağı məzənnə ilə ödənişin tam bağlanılması və ya güzəştli şərtlərlə aşağı faizlə ödənişlərin aylar üzrə edilməsi və s. daxildir.

-"Bank Ombudsmanı"nın fəaliyyətində ən çox hansı problemlər qarşıya çıxır?

-"Bank Ombudsmanı" fəaliyyəti Azərbaycanda yeni yaradılmış institutdur. Bu səbəbdən problemlərin olması mümkündür. Burda əsas məsələ problemlərin meydana çıxması deyil, onların mümkün qədər tez aradan qaldırılmasına nail olmaqdır. Anlaşılmazlıqlar əsasən vətəndaşlar tərəfindən olur. Belə ki, vətəndaşlar bəzi hallarda natamam və aidiyyəti olmayan müraciətlər edir. "Bank Ombudsmanı" iddia məbləği maksimum 2000 ABŞ dollarının müraciətin daxil olduğu gün Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manat və digər valyuta ekvivalentinə bərabər olan, mübahisə məhkəmə prosesində və mübahisəni mahiyyəti üzrə həll edən qüvvəyə minmiş məhkəmə aktı olmayan bütün növ şikayətlərə baxır. Bura kreditlərlə, depozitlərlə, kredit kartları və pulköçürmələri ilə bağlı şikayətlər daxildir. Əksər vətəndaşların müraciətləri ya bu məbləğdən yuxarı idi, digərlərində məhkəmə qətnaməsi var idi, bəziləri müştərilərdən daxil olmuş şikayətlərə baxılması üçün bəyannamə imzalamamış maliyyə qurumundan edilir. Bəzi vətəndaşlar da düşünürlər ki, "Bank Ombudsmanı" vətəndaşların banka olan kreditlərini bağışlayır və ya öz üzərinə götürür ki, bunlar da "Bank Ombudsmanı"nın səlahiyyətlərinə aid deyil. Yeni yaradılan İnstitutun digər məqsədi də vətəndaşlar arasında maliyyə savadlılığının artırılmasıdır.

-Yaxın gələcəkdə maksimum iddia məbləğinin (2000 dollar) artırılması planlaşdırılırmı? Artırılarsa, bu məbləğ nə qədər olacaq?

-"Bank Ombudsmanı" İkram Kərimov hər zaman öz müsahibələrində qeyd edib ki, iddia məbləğinin 2000 dollar müəyyən edilməsində əsas məqsəd aztəminatlı ailələrin öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar qarşılaşdıqları problemlərin aradan qaldırılması və problemli kreditlərin böyük hissəsinin məhz bu məbləğdən aşağı olmasıdır. Statistik məlumatlara əsasən, 2000 ABŞ dolları məbləğində banklarla fikir ayrılığı olan müştərilərin sayı yüz mindən artıqdır. Məbləğin artırıldığı təqdirdə bu rəqəmin sayı daha da yüksələcək. Ona görə də ilkin mərhələdə götürülən məbləğ daha realdır. Gələcəkdə görülən işlərin nəticəsindən və eləcə də, qazanılan təcrübələrdən asılı olaraq bu məbləğin daha da artırılması nəzərdə tutula bilər.

-"Bank Ombudsmanı" yaranarkən şikayətçilər bu qurumun ləğv olunmuş bankların müştərilərinin şikayətlərinə də baxacaqlarını düşünürdülər. Bununla bağlı gündəmdə hər hansı məsələ varmı?

-"Bank Ombudsmanı"nın reqlamentinə əsasən, lisenziyası geri çağırılan və ya ləğv olunan maliyyə təşkilatından daxil olan müraciətə "Bank Ombudsmanı" baxa bilməz. Bu təşkilatlarla bağlı məsələlərə digər aidiyyəti təşkilatlar baxdığı üçün bu tip məsələlərə "Bank Ombudsmanı" tərəfindən baxılması dünya təcrübəsində olduğu kimi, bizdə də məqsədəuyğun deyil. Vətəndaşlardan bu tip müraciətlər daxil olduğu təqdirdə biz məsələyə mahiyyəti üzrə baxılıb həll edilməsi üçün aidiyyəti orqanlara göndəririk. Eyni zamanda, əgər müştərilərdən daxil olmuş şikayətlərə baxılması üçün bəyannamə imzalamış maliyyə qurumu ləğv olunursa, onunla imzalanmış bəyannamə artıq hüquqi qüvvəsini itirir. Bu isə o deməkdir ki, həmin banklardan gələn müraciətə baxmaq imkanımız xaricindədir.

-Ümumilikdə 2017-ci ili "Bank Ombudsmanı" üçün necə dəyərləndirmək olar və 2018-ci il üçün "Bank Ombudsmanı"nın planları nədən ibarətdir?

-Bu il bizim ilk ilimiz oldu. "Bank Ombudsmanı" İkram Kərimov fəaliyyətlə bağlı olaraq bir neçə beynəlxalq qurumlarının nümayəndələri, məsul şəxsləri ilə görüşüb. Misal olaraq, Dünya Bankının və Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun ölkə üzrə nümayəndəliyi ilə əməkdaşlığımız uğurla davam etdirilir. Bundan əlavə, Şərqi Avropa və əksər MDB ölkələrindəki banklar birliklərinin üzvü olduğu Beynəlxalq Banklar Şurasının Bakı şəhərində "Maliyyə Ombudsmanı institutunun maliyyə bazarındakı rolu" mövzusunda növbəti görüşü keçirilib. Bu görüşdə 8 ölkədən 17 nümayəndə iştirak edib. Maliyyə Ombudsmanı sahəsində yeni biliklər almaq, təcrübə mübadiləsi aparmaq baxımından bu görüşün əhəmiyyəti yüksək qiymətləndirilir. Eyni zamanda, Berlin şəhərində fəaliyyət göstərən Əmanət Bankları Maliyyə Qrupunun Ombudsmanı Maykl Haussner dəvətimizlə Bakıya gələrək, burda bank nümayəndələri ilə bir sıra görüşlər keçirib, ABA-nın, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) və Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təşkilatçılığı ilə "Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası: İslahatlar, nəticələr və perspektivlər" mövzusunda keçirilən "II Bankçılıq Forumu"nda məhz Almaniyada "Bank Ombudsmanı"nın fəaliyyəti və təcrübəsi mövzusunda çıxış edib. Bu əlaqələr və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın yeni ildə də davam etdirilməsi məqsədi qarşıya qoyulub. 2018-ci ildə "Bank Ombudsmanı"nın səlahiyyətlərinin bir qədər də artırılması nəzərdə tutulub. Eyni zamanda, "Bank Ombudsmanı" adının dəyişdirilərək Maliyyə Ombudsmanı İnstitutunun yaradılması və bu fəaliyyəti tənzimləyəcək Qanunun qəbul olunması istiqamətində İkram Kərimovun rəhbərliyi ilə işlər böyük uğurla davam etdirilir. Bu qanunun qəbul edilməsi vətəndaşların təkcə banklarla deyil, sığorta və digər maliyyə bazarı iştirakçıları arasında olan fikir ayrılıqlarının məhkəməyə getmədən həllinə nail olunmasına ciddi səviyyədə təsir edəcək. Artıq qanun layihəsi hazırlanıb və müzakirələr aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI