DÜNYA


Gələn il daxili bloketmə mexanizminə malik “Chrome” brauzeri təqdim ediləcək

Bakı, 2 iyun, AZƏRTAC

“Google” şirkəti gələn ilin əvvəlində daxili reklam bloketmə mexanizminə malik “Chrome” brauzerini təqdim edəcək. Şirkət yeni funksiya haqda öncədən məlumat verib ki, blogger, KİV və başqa məzmun tədarükçüləri əvvəlcədən öz saytlarını yeni brauzerin xüsusiyyətlərinə uyğunlaşdıra bilsinlər. Belə ki, yalnız istifadəçiləri qıcıqlandıran elanlar bloka salınacaq.

AZƏRTAC “therunet.com” saytına istinadən xəbər verir ki, "biz onlayn reklam sahəsinin inkişafına inanırıq. Buna görə ən yaxşı reklam (Coalition for Better Ads) üçün koalisiyaya qoşulmuşuq", - deyə şirkətin rəsmi bloqunda qeyd edilib. Bu, nəşriyyat, texnologiya və reklam şirkətlərinin ittifaqıdır. “Google”, “Facebook”, “News Corp” və “The Washington Post” bu ittifaqa daxildirlər. Koalisiyanın məqsədi interneti zəhlətökən elanlardan təmizləməkdir. İstifadəçilərə qaydalara uyğun reklam göstəriləcək. Bloketmə mexanizmi həm masaüstü, həm də mobil versiyada işləyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.