İDMAN


Gələn il keçiriləcək voleybol üzrə Avropa çempionatlarının loqoları təqdim olunub

Bakı, 20 iyun, AZƏRTAC

Gələn il keçiriləcək qadın və kişi voleybolçular arasında Avropa çempionatlarının loqoları ictimaiyyətə təqdim olunub.

AZƏRTAC xəbər verir ki, Avropa Voleybol Konfederasiyası loqolarda çempionata ev sahibliyi edəcək ölkələrin bayraqlarının rənginə yer verib.

Kişi voleybolçuların yarışı Polşa, Çexiya, Estoniya və Finlandiyada, qadınların turniri isə Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniyada təşkil olunacaq. Qadın voleybolçulardan ibarət Azərbaycan millisi çempionatın final mərhələsində mübarizə aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.