İQTİSADİYYAT
Gələn il metronun daha iki stansiyası istifadəyə veriləcəkdir
Bakı, 16 dekabr (AZƏRTAC). 2013-cü ilin sentyabr ayında Bakı Metropoliteni iki yeni stansiyanı istifadəyə verməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirmişdir.
T.Əhmədov demişdir ki, bunlar “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyaları olacaqdır. Hazırda tikinti işləri ilə əlaqədar həmin ərazilərdə obyektlərin köçürülməsi prosesi davam edir.
Metropoliten rəisi bildirmişdir ki, gələn il metro tikintisi üçün Fransanın “Bouygues Travaux Publics” şirkəti ilə müqavilə imzalanacaqdır.
Bakıda bütün ictimai nəqliyyat vasitələrində gediş haqqının ödənilməsi üçün vahid nəqliyyat ödəniş kartına münasibətini bildirən T.Əhmədov demişdir ki, metropolitenin bu sistemə qoşulması gözlənilmir və metroda xüsusi gediş kartı olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]