REGİONLAR
Gələn il pambıq, şəkər çuğunduru və tütün bitkiləri üzrə məbləği artırılmaqla yalnız məhsul subsidiyası veriləcək
Bakı, 7 sentyabr, AZƏRTAC
Pambıq, şəkər çuğunduru və tütün bitkiləri üzrə 2022-ci ildə məbləği artırılmaqla yalnız məhsul subsidiyası veriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 7-də Aqrar Tədqiqatlar Mərkəzində keçirilən mətbuat konfransında Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov deyib.
“Bu il fermerlər tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə 170 manat (əvvəl 100 manat), “Virciniya” sortu üzrə yaşıl tütünün hər tonuna görə 26 manat (əvvəl 5 manat), digərləri üzrə quru tütünün hər tonuna görə 180 manat (əvvəl 50 manat) və yaş tütünün hər tonuna görə 18 manat (əvvəl 5 manat), şəkər çuğundurunun hər tonuna görə 12 manat (əvvəl 4 manat) məhsul subsidiyası alacaqlar”, - deyə nazirliyin rəsmisi əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]