CƏMİYYƏT


Gələn il pensiyanın orta məbləğinin 240 manatdan çox olması planlaşdırılır

Bakı, 6 noyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 95 faizdən çoxu əhaliyə edilən ödənişlərdir. Bu ödənişlər vasitəsilə Azərbaycanda pensiyanın gələn il orta məbləğinin artırılması və 240 manatdan çox olması planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, maddi-məişət şəraitinin yoxlanılması, ümumilikdə bu mexanizmin həyata keçirilməsinə nəzarətin formalaşdırılması və mexanizmin təkmilləşdirilməsi nəticəsində büdcə vəsaitinə kifayət qədər qənaət edilib: “İlin sonunadək 80 milyon manata yaxın qənaətimiz gözlənilir”.

Eyni zamanda, Ünvanlı Sosial Yardım (ÜSY) mexanizminin özünüməşğulluq mexanizmi ilə əlaqələndirilməsi təmin edilib. Gələn ildən minimum kvotalar müəyyən edilib. ÜSY alanlar özünüməşğulluq proqramına cəlb olunan şəxslərin içərisində 40 faizlik paya malik olacaqlar. "Hər il 7-8 min ailənin özünüməşğulluq proqramına cəlb olunması planlaşdırılır. Bu il 1200 ÜSY alan özünüməşğulluq proqramına cəlb olunub. Qarşıdakı 2 ay ərzində onlara aktivlərin təqdim olunması planlaşdırılır", - deyə nazir diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.