İQTİSADİYYAT


Gələn il qlobal neft tələbatı 100,5 milyon barrelə çatacaq

Bakı, 13 iyun, Nihad Budaqov, AZƏRTAC

Qlobal neft tələbatı bu il gündəlik orta hesabla 99 milyon 100 min barrel təşkil edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, qlobal neft tələbatı 2019-cu ildə 100 milyon 560 min barrel səviyyəsində olacağı proqnozlaşdırılır.

Qlobal tələbatda ilk sırada gündəlik 34 milyon 600 min barrel ilə Asiya və Sakit okean ölkələri qərarlaşıb. Avropada neft tələbatı sutkalıq 31 milyon 700 min barrel, Amerika qitəsində isə 15 milyon 200 min barrel olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.