İQTİSADİYYAT


Gələn il qlobal neft tələbatı sutkada 100,3 milyon barrelə çatacaq

Gələn il qlobal neft tələbatı sutkada 100,3 milyon barrelə çatacaq

Bakı, 11 iyul, Nihad Budaqov, AZƏRTAC 

2019-cu ildə qlobal neft tələbatı gündəlik 100,3 milyon barrelə yüksələcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir. Bildirilir ki, iyunda qlobal neft təklifi may ayı ilə müqayisədə 600 min barrel artaraq gündəlik 98 milyon 10 min barrel olub. Ötən ay qeyri-OPEC ölkələrinin neft hasilatı da 430 min barrel çoxalaraq sutkalıq 65 milyon 680 min barrelə çatıb.

OPEC-in proqnozuna görə, gələn il qlobal neft tələbatı bu illə müqayisədə 1 milyon 450 min barrel artaraq gündəlik 100 milyon 300 min barrelə çatacaq. OPEC üzrə neft tələbatının isə 2019-cu ildə cari ilə görə 800 min barrel azalaraq sutkalıq 32 milyon 200 min barrelə düşəcəyi gözlənilir.

Gələn il qeyri-OPEC ölkələrinin neft təklifi bu illə müqayisədə 2 milyon 100 min barrel çoxalaraq sutkada 61 milyon 640 min barrelə çatacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.