İQTİSADİYYAT


Gələn ildən “AzDataCom” internet provayderi öncədən ödəmə sistemi ilə işləyəcək

Gələn ildən “AzDataCom” internet provayderi öncədən ödəmə sistemi ilə işləyəcək

Bakı, 24 dekabr, AZƏRTAC 

COVID-19 pandemiyası ilə əlaqədar karantin rejimi tətbiq edildiyindən məktəb və universitetlər distant təhsilə keçib, iş yerlərinin əksəriyyəti onlayn fəaliyyət göstərir. Bu da öz növbəsində internet xidmətlərinə olan tələbatı kəskin artırıb. Həmçinin infrastrukturun dayanıqlılığının və alternativliyinin daha yüksək səviyyədə təmin edilməsi zərurətini yaradıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, istifadəçilərin internet xidmətlərinə tələbatının artması ilə əlaqədar olaraq nazirlik ölkə üzrə internet infrastrukturunun xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində kompleks işlər aparır. Nazirliyin Məlumat Hesablama Mərkəzinin operatoru olduğu “AzDataCom” provayderi ölkəmizin bütün şəhər və rayon mərkəzlərində genişzolaqlı internet (ADSL) xidmətləri göstərir.

“Azdatacom” şəbəkəsi 2021-ci il yanvarın 1-dən “öncədən ödəmə” sisteminə keçid edir. Bundan sonra abonentin istifadə edəcəyi internet haqqı “gündəlik hesablaşma” prinsipi ilə aparılacaq. Belə ki, ödəniş günündən sonrakı 30 təqvim günü növbəti ay üçün ödəmənin son tarixi hesab ediləcək.

İstifadəçilər aylıq abunə haqqını “smartpay.az” saytı üzərindən, “Azərpoçt” MMC-nin filiallarında, həmçinin ödəmə terminalları vasitəsilə ödəyə bilərlər. Daha ətraflı məlumat üçün “157” zəng mərkəzinə müraciət etmək mümkündür.

Qeyd edək ki, “Azdatacom” şəbəkəsi müştəri məmnuniyyətini artırmaq məqsədilə istifadəçi maraqlarını nəzərə alıb mütəmadi olaraq təkmilləşdirilir. Pandemiya dövrünün tələbləri nəzərə alınaraq istifadəçilərə evdən çıxmadan onlayn ödəniş etmək imkanı yaradılıb. Bu linkə “https://smartpay.az/payment/service/403 ” daxil olmaqla “öncədən ödəniş” edib aylıq internet paketi almaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.