DÜNYA


Gələn ildən Venesiyaya gündəlik səyahət edən turistlərdən giriş haqqı alınacaq

Roma, 3 iyul, AZƏRTAC

2023-cü ildən etibarən İtaliyanın Venesiya şəhərinə gündəlik səyahət etmək istəyən turistlər giriş haqqı ödəyərək şəhəri ziyarət edə biləcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə Venesiya Şəhər Şurası qərar qəbul edib. Bildirilir ki, gələn il yanvarın 16-dan etibarən Venesiyaya birgünlük səfər edəcək turistlərdən 3-10 avro arasında giriş haqqı alınmasına qərar verilib. Yanvar ayında qüvvəyə minəcək qaydalar çərçivəsində şəhərə gündəlik səyahət etmək istəyənlər giriş haqqını çoxkanallı platforma vasitəsilə ödəyərək “QR kod” alacaqlar. Giriş haqqı şəhərdəki sıxlıqdan və rezervasiyaların sayından asılı olaraq dəyişəcək. Şəhərdə sıxlıq hədləri isə hələlik müəyyən edilməyib.

Məlumata görə, qaydalar şəhərdə gecələyən turistlər, 6 yaşınadək uşaqlar, otellərdə qalanlar, yerli sakinlərə qonaq qismində gələnlər və tələbələrə şamil olunmayacaq.

Xatırladaq ki, 2019-cu ilin oktyabrında Venesiya Şəhər Şurası 2020-ci ilin yayından etibarən şəhərə birgünlük gələnlər üçün giriş haqqının alınmasına qərar vermişdi. Lakin sözügedən qaydalar 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən tətbiq olunmamışdı.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.