İQTİSADİYYAT
Gələn ildən sıxılmış qazla işləyən avtobuslar 5 il müddətinə ƏDV-dən azad olunacaq
Bakı, 14 mart, Elvin Camalov, AZƏRTAC
2020-ci ildən sıxılmış qazla işləyən avtobuslar 5 il müddətinə ƏDV-dən azad olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin rəisi Vüqar Əhmədov jurnalistlər üçün təşkil edilən təlimdə deyib.
O bildirib ki, hazırda paytaxtda istifadə olunan "BakuBus" avtobusları da sıxılmış qazla işləyir. Həmçinin bu ilin mart ayının 8-dən sıxılmış qazla hərəkətə gətirilən məxsusi olaraq hava limanlarında istifadə olunan avtobuslar və sıxılmış qazla hərəkətə gətirilən tibbi məqsədlə istifadə edilən avtobuslar idxal gömrük rüsumundan azad olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]