İQTİSADİYYAT


Gələn ilin dövlət büdcəsindən “ASAN xidmət”ə 28 milyon manat ayrılacaq

Bakı, 7 noyabr, AZƏRTAC

Prezident İlham Əliyev ölkə əhalisinə xidmətlərin dövlət orqanları tərəfindən yüksək səviyyədə göstərilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələrə uyğun olaraq növbəti ilin dövlət büdcəsindən “ASAN xidmət”in fəaliyyətinin təşkili və onun əhatə dairəsinin genişləndirilməsi üçün 28 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu da cari illə müqayisədə 15 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov dövlət büdcəsinin Milli Məclisin komitələrinin birgə iclasında müzakirəsi zamanı deyib.

Nazir qeyd edib ki, dövlət büdcəsi layihəsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qarşısında Azərbaycan Respublikasının maraqlarının müdafiəsi və həmin məhkəmənin qərarlarının ölkədaxili icrası ilə bağlı xərclər üçün də müvafiq vəsaitlər nəzərdə tutulub. Məhkəmə prosesləri ilə bağlı aztəminatlı şəxslərə cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, məhkəmə qərarlarının icrası və digər sosial-iqtisadi tədbirlərin maliyyə təminatı ilə bağlı xərclər üçün də 15 milyon manat vəsaitin ayrılması planlaşdırılır. Həmçinin insan hüquqları üzrə müvəkkilin maliyyə təminatı üçün dövlət büdcəsindən 2,3 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub, bu da cari illə müqayisədə 18,7 faiz çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.