İQTİSADİYYAT


Gələn ilin iyulunda energetika ilə bağlı yeni qanun qüvvədə olacaq

Bakı, 20 oktyabr, AZƏRTAC

Son bir il ərzində bərpaolunan enerji üzrə qanunverici, tənzimləyici və institusional mühitin təkmilləşdirilməsi ilə bağlı qəbul edilən qərarlar irəlidə bu sahədə nəzərəçarpacaq nailiyyətlərə zəmin yaradır. “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” Qanunun qəbulu, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin yaradılması və Agentliyin fəaliyyətinin səmərəlilik, çeviklik və müasir inkişaf tələbləri əsasında yenidən təşkili bu qəbildən olan addımlardır.

AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov deyib.

“Yeni qanun xarici investorların, özəl sektorun və vətəndaşların bərpaolunan enerji sahəsində iştirakı kimi bir sıra yenilikləri tənzimləyən ilk normativ-hüquqi sənəd olaraq bizi “yaşıl enerji” ilə bağlı hədəflərimizə yaxınlaşdıracaq. Aktiv istehlakçının dəstəklənməsi, informasiya sisteminin yaradılması və bərpaolunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə aid sertifikatın verilməsi məqsədilə bir sıra alt qanunvericilik aktlarının qəbulu isə prosesi sürətləndirəcək. Bu il qəbul edilmiş daha bir - “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanun müasir inkişafın tələbi kimi səmərəliliyin energetika sektoru daxil olmaqla iqtisadiyyatın müxtəlif istiqamətlərinə və ev təsərrüfatlarına müsbət təsirinə yol açacaq. 2022-ci il iyulun 1-dən qüvvədə olacaq bu qanundan irəli gələn normativ-hüquqi aktların beynəlxalq təcrübə əsasında hazırlanmasına başlanılıb. Həmçinin sahələr üzrə yol xəritələrinin hazırlanması istiqamətində müvafiq tədbirlər görülür”, - deyə nazir diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.