REGİONLAR


Gələn ilin məhsulu üçün Ucarda 14 min 600 hektarda payızlıq taxıl səpini proqnozlaşdırılır

Ucar, 9 oktyabr, AZƏRTAC

Ucar rayonunda payızlıq taxıl əkini kampaniyası çərçivəsində qısa vaxtda 1560 hektarda səpin aparılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda hər gün sahələrə 20-dək səpin aqreqatı çıxarılır. Daha çox taxıl əkiləcək Təzə Şilyan, Yuxarı Şilyan, Qaziyan, Qazıqumlaq, Şahlıq ərazi vahidlərində, habelə, ümumilikdə 6,5 min hektardan çox sahədə səpin aparılacağı nəzərdə tutulan 2 aqroparkda bu mühüm kampaniyaya daha mütəşəkkil başlanılıb.

Sahələrdə hər gün 25-30 şum traktoru işləyir və artıq 9 min 930 hektarda şum qaldırılıb.

Qeyd edək ki, gələn ilin məhsulu üçün Ucarda 14 min 600 hektarda payızlıq taxıl səpini proqnozlaşdırılır. Bu rəqəm ötən ilki göstəricidən 2,5 min hektardan da çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.