İDMAN


“Gelfand Challenge”: Günay Məmmədzadə növbəti 5 turda mübarizə aparıb

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycan şahmatçısı Günay Məmmədzadənin də qatıldığı “Julius Baer Challengers Chess Tour” turnirinin “Gelfand Challenge” adlı ikinci mərhələsinin növbəti 5 turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, şahmatçımız bu qarşılaşmaların ikisində qələbə qazanıb, birində heç-heçə edib, daha ikisində isə məğlub olub. G.Məmmədzadə 6 xalla turnir cədvəlində 8-ci yerdədir.

Turnirdə hər birində 10 şahmatçı olmaqla iki komanda mübarizə aparır. G.Məmmədzadə Yudit Polqarın kapitanı olduğu komandada yer alıb. Digər komandaya 14-cü dünya çempionu Vladimir Kramnik rəhbərlik edir.

Qeyd edək ki, beş turnirdən ibarət olan “Julius Baer Challengers Chess Tour”un final mərhələsinin oyunları sentyabrın 9-13-də baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.