İDMAN


“Gelfand Challenge”: Günay Məmmədzadə son turlarda mübarizə aparacaq

Bakı, 13 iyun, AZƏRTAC

Azərbaycan şahmatçısı Günay Məmmədzadənin də qatıldığı “Julius Baer Challengers Chess Tour” turnirinin “Gelfand Challenge” adlı ikinci mərhələsinin son turları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, şahmatçımız bu gün 4 turda mübarizə aparacaq. Onun rəqibləri - 16-cı turda Tingle Lei (Çin), 17-ci turda Jansaya Abdumalik (Qazaxıstan), 18-ci turda Polina Şuvalova (Rusiya), nəhayət sonuncu, 19-cu turda Vinsent Keymer (Almaniya) olacaq. Şahmatçımız ötən 15 turda 6 xal toplayıb.

Turnirdə hər birində 10 şahmatçı olmaqla iki komanda mübarizə aparır. G.Məmmədzadə Yudit Polqarın kapitanı olduğu komandada yer alıb. Digər komandaya 14-cü dünya çempionu Vladimir Kramnik rəhbərlik edir.

Qeyd edək ki, beş turnirdən ibarət “Julius Baer Challengers Chess Tour”un final mərhələsinin oyunları sentyabrın 9-13-də baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.