İDMAN


“Gelfand Challenge” turnirində Günay Məmmədzadə 12-ci olub

Bakı, 14 iyun, AZƏRTAC

Azərbaycan şahmatçısı Günay Məmmədzadənin də qatıldığı “Julius Baer Challengers Chess Tour” turnirinin “Gelfand Challenge” adlı ikinci mərhələsinin son turları keçirilib.

AZƏRTAC xəbər verir ki, şahmatçımız 4 turda mübarizə aparıb və qarşılaşmaları 2 qələbə, 2 məğlubiyyətlə başa vurub. Şahmatçımız ötən 19 turda 8,5 xal toplayaraq 12-ci sırada qərarlaşıb.

Turnirdə hər birində 10 şahmatçı olmaqla iki komanda mübarizə aparıb. G.Məmmədzadə Yudit Polqarın kapitanı olduğu komandada yer alıb. Digər komandaya 14-cü dünya çempionu Vladimir Kramnik rəhbərlik edib.

Qeyd edək ki, beş turnirdən ibarət “Julius Baer Challengers Chess Tour”un final mərhələsinin oyunları sentyabrın 9-13-də baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.