“Gəlinin atası” filminin yeni versiyasının treyleri yayımlanıb
AzerTAg.az
Bakı, 11 may, AZƏRTAC
“HBO Max” platforması 1991-ci ildə çəkilmiş “Gəlinin atası” (Father of the Bride) klassik filminin yeni versiyasının treylerini paylaşıb.
AZƏRTAC xəbər verir ki, yenilənmiş hekayədə panikaya düşmüş valideynləri bu dəfə Endi Qarsiya və Qloriya Estefan canlandıracaqlar.
Treylerdə Sofiya (Adria Arjona) adlı gənc qadının valideynləri Billi (Qarsiya) və İnqridə (Estafan) sevgilisi Adanla (Dieqo Boneta) nişanlandığını söyləməklə valideynlərinə həyatlarının sürprizini yaşadırlar.
Filmdə ənənəvi Kuba-Amerika patriarxı Billi toy xərclərini ödəməkdə və çoxdankı ənənələrə riayət etdikdə gərginlik artmağa başlayır. Gənc cütlüyün evlilik hazırlıqları davam edərkən, əslində boşanmaq üzrə olan Billi və İnqrid toy bitənə qədər bu xəbəri gizlətməyə çalışırlar.
Rejissoru Qaz Alazraki olan ekran əsərinin ssenarisi Mett Lopezə məxsusdur.
İzabela Merced, Enrike Murciano, Macarena Achaga, Ana Fabrega və Chloe Fineman kimi adların da yer aldığı “Gəlin atası” filmi iyunun 16-da nümayiş olunacaq.

Xəbərin mətnində orfoqrafik səhv var