ELM VƏ TƏHSİL


“Gəlir vergisi” kitabı çapdan çıxıb

Bakı, 8 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutunun İqtisadi tədqiqatların riyazi təminatı şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayevin, institutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktorları Yaşar Məmmədov və Aygün Musayevanın müəllifi olduqları “Gəlir vergisi” kitabı nəşr edilib.

İqtisadiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, kitabın rəyçiləri iqtisad elmləri doktorları, professorlar Vahid Novruzov və Müşviq Atakişiyev, elmi redaktoru isə iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyevdir.

Monoqrafiyada gəlir vergisinin nəzəri əsasları, səciyyəvi xüsusiyyətləri, fiskal siyasətdə, iqtisadiyyatda formalaşan gəlirin bölüşdürülməsində oynadığı rol, gəlir vergisinin istehlak vergisi ilə müqayisəsi, gəlir vergisinə cəlb olunan gəlirin formalaşma mənbələri araşdırılıb və xüsusi yanaşma ilə sistemləşdirilib. Gəlir vergisindən azadolmalar sistemi qüvvədəolma müddətinə, əhatə dairəsinə, subyektinə, məqsədinə, xarakterinə, digər xüsusiyyətlərinə görə təsnifləşdirilib. Kitabda gəlir vergisinin proqnozlaşdırma metodologiyasına, ekonometrik və optimallaşdırma modellərinə, gəlir vergisinin marjinal və effektiv dərəcələrinə və bu sahədə beynəlxalq təcrübəyə geniş yer verilib.

Monoqrafiya vergi sahəsində çalışan mütəxəssislər, vergi ixtisası üzrə təhsil alan tələbə və magistrlər və elmi işçilər üçün faydalı mənbə rolunu oynaya bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.