Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Gəlişi payızı bahara, gedişi qışa çevirən şəhid, mövludun mübarək!

Gəlişi payızı bahara, gedişi qışa çevirən şəhid, mövludun mübarək!

Bakı, 12 oktyabr, AZƏRTAC

Bu gün şəhid Nurlan Əhmədlinin cənnətdəki ilk doğum günüdür. Yaşasa idi, 25 yaşı olacaqdı. Lakin Nurlan da minlərlə gənc kimi Vətən uğrunda canını qurban verərək erkən yaşda behiştin ən gözəl guşəsində özünə məkan seçdi. Nurlanın 24 illik ömrü oktyabr ayına sığdı. Oktyabrda dünyaya gəldi, doğumu ilə ailəsinə payızı bahar etdi. Oktyabrda da şəhadətə yüksələrək sevdiklərinə erkən qışı gətirdi. Övlad itkisi ilə ömürlərinə qışın qarı, çovğunu gələn ailəsi onun şərəfli ömrü, qəhrəmanlığı və şəhidlik kimi yüksək mərtəbəyə ucalması ilə fəxr edir.

Əhmədli Nurlan Rəhim oğlu 1996-cı il oktyabrın 12-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2003-cü ildə M.F.Axundov adına 1 nömrəli tam orta məktəbə daxil olub. 2014-cü ildə həmin məktəbi bitirib. 2014-2018-ci illərdə Azərbaycan Texniki Universitetində Radiotexnika mühəndisliyi fakültəsi üzrə bakalavr təhsili alıb.

Nurlan Əhmədli 2019-cu ilin yanvarında müddətli həqiqi hərbi xidmətə çağırılıb. Hacıqabul rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 2020-ci ilin iyulunda isə xidmətini uğurla başa vuraraq Oğuzun Xaçmaz kəndinə dönüb.

Ötən il sentyabrın 27-dən etibarən döyüşlərə qatılan Nurlan Füzuli və Qubadlı rayonları istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib, həmin rayonların alınmasında böyük şücaət göstərib. Bir aya yaxın döyüşlərdə iştirak edən Nurlan oktyabrın 25-dən 26-na keçən gecə Qubadlıda yaxınlığına minaatan mərmisi düşməsi nəticəsində başından xəsarət alaraq şəhadətə yüksəlib. Oktyabrın 27-si Oğuz rayon Xaçmaz kənd Şəhidlər xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidin anası Çiçək Əhmədova AZƏRTAC-a övladı haqqında qürurla danışır. Çiçək xanım deyir ki, Nurlan bizim başımızı hər zaman uca edirdi, özü də ən uca zirvəyə yüksəldi. Övladı adətən ata-anaya görə tanıyırlar. Amma Nurlan qısa ömründə elə qəhrəmanlıqlar etdi ki, bizi ona görə tanıyırlar: "Nurlan ailənin ilk övladı idi. Kiçik yaşlarından dəcəl olsa da, qorxmazlığı ilə də həmyaşıdlarından seçilirdi. Çox mehriban, ürəyitəmiz, vətənpərvər övlad idi. Saflığı üzündə əks olunmuşdu, adı kimi nurlu siması vardı. Nurlan orta məktəbdə oxuyanda karate ilə məşğul olsa da, dərslərini heç zaman axsatmırdı. Özünü hərtərəfli formalaşdırmağa çalışırdı. Hərbi xidmət dövründə də cəsarəti və nizam-intizamı ilə seçilirdi. Hərbi xidmətdə olduğu zaman nizam-intizamlı olduğuna, döyüş və ictimai siyasi hazırlıqda əldə etdiyi yüksək nailiyyətlərə görə fəxri fərmanla təltif olunub. Hətta hərbi xidmət zamanı Nurlana təşəkkür məktubu da verilmişdi.

Hərbi xidməti başa vurub evə gələndən 80 gün sonra müharibə başladı. Nurlan da heç tərəddüd etmədən cəbhə xəttinə yollandı. O, Füzuli və Qubadlı rayonlarının alınmasında fədakarlıq göstərib. Oktyabrın 17-də Füzuli düşmən tapdağından xilas edildi. Yadımdadır, Füzuli rayonu işğaldan azad olunanda mənə zəng edib şad xəbər verdi. Necə sevinirdi. Hələ də o səs, o şad xəbər qulağımdadır. Hər il oktyabrın 17-də yenə Nurlanın zəngini gözləyəcəyəm...

Nurlan Füzulidən sonra Qubadlı istiqamətində gedən hərbi əməliyyatlarda da şücaət göstərib. Oğlum Qubadlı rayonunun da azad edilməsi sevincini yaşadı. Lakin bu, onun son sevinci oldu. Oktyabrın 26-da Qubadlıda gedən döyüşlər zamanı şəhid oldu. Övlad itirmək çox ağırdır, amma bir ana kimi Nurlanla fəxr edirəm".

Ç.Əhmədova bildirib ki, dövlət həm maddi, həm də mənəvi cəhətdən ailədən dəstəyini əsirgəməyib. Şəhid anası buna görə hər kəsə təşəkkür edib.

Şəhidimizin atası Rəhim Əhmədov Nurlanla ata-oğul münasibətindən əlavə, aralarında bir dostluq olduğunu da qeyd edib. Ata həm övladını, həm də ən yaxın dostunu Vətən uğrunda qurban vermişdi: "Nurlanın döyüş yoldaşları bizə dedilər ki, "siz oğlunuzla fəxr edin, o, çox qorxmaz, mərd, qoçaq, sözü ilə əməli bir olan, doğrunun tərəfini tutan, haqsızlığı qəbul etməyən oğul idi. Güllələr üstümüzə yağış kimi yağan zaman da Nurlan qorxmazdı, düşməni hədəf alıb atəş açardı. Ən cəsur döyüşçülərdən idi". Nurlan şəhadətə də cəsarətlə irəliləyib. Silahdaşlarından biri bizə oğlumun necə şəhid olduğunu dedi. Mənim üçün çətin olsa da, övladımın son döyüşü haqqında eşitmək istədim. Döyüş yoldaşı həmin səhnəni danışanda isə Nurlanla bir daha fəxr etdim. Silahdaşı deyirdi ki, Qubadlıda şiddətli döyüşlər gedirmiş. Atışma olanda Nurlana "uzanaq, atışma səngiyəndə birtəhər qalxıb davam edərik. O isə məni dinləmədi, yoldaşlarımız güllə altındadır, mən burada özümü düşünə bilmərəm", - deyərək irəli atıldı. Digər döyüş yoldaşlarımızı xilas etməyə çalışarkən yaxınlığına minaatan mərmisi düşməsi nəticəsində şəhid oldu" dedi.

Oğlum ön cəbhədə olanda, mən də arxa cəbhədə əlimdən gələni edirdim. Digər əsgərlər də mənim övladımdır. O zaman xalqımız ön cəbhədə döyüşən hərbçilərə qida, ərzaq, yataq dəsti, isti paltar, corab göndərirdi. Mən də əsgərlərimizə yardım aparırdım. Onlar üçün əlimdən nə gəlir təmənnasız edirdim. Bunu özümə vətəndaşlıq borcu bilirdim. Nurlan kimi neçə qəhrəman oğul ərazi bütövlüyümüz uğrunda döyüşlərdə şəhid oldu. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə tezliklə sağalmalarını arzu edirəm. Uca Yaradan xidmətini davam etdirən hərbi qulluqçuları qorusun. Vətən sağ olsun!"

Mövludun və şəhadətin mübarək, Vətən övladı. 30 ildir cadar-cadar olmuş torpaqlara sən öz qanınla həyat bəxş etdin, can verdin. Qədəmini basdığın hər yer güllük-gülüstana çevriləcək. O torpaqlardakı izini nə külək silə biləcək, nə də yağış. Bundan sonra neçə əsr keçsə də, hər gələn nəsil sənin ayaq izlərini görəcək, açdığın cığırla irəliləyəcək, neçə-neçə Nurlanlar yetişəcək...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası başlayıb YENİLƏNƏCƏK

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub VİDEO

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur