İQTİSADİYYAT


Gəmiçilik: Fövqəladə hadisələrə qarşı gəmilər növbətçi təyin edilib

Bakı, 18 yanvar, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) yanvarın 17-də Xəzər dənizi akvatoriyasında və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar maksimum dərəcədə təhlükəsizlik tədbirləri görüb.

QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, ASCO Xəzərdə üzən bütün gəmilərinə hava şəraitinin kəskin dəyişəcəyi və görülməli olan tədbirlər barədə iki gün öncədən yazılı məlumat göndərib, müvafiq tapşırıqlar verib.

Tapşırığa əsasən, baş verə biləcək fövqəladə hadisələrə qarşı dərhal müvafiq tədbirlərin görülməsi məqsədilə ASCO-ya məxsus gəmilər növbətçi təyin olunub. Belə ki, “Vixr-3”, “Qubadlı”, “Nefteqaz-58”, “Lütoqa”, “Andoqa” gəmiləri “Neft Daşları-Günəşli-Çilov”, “Aura” və “Yarenqa” gəmiləri “Abşeron”, “İrgiz” və “Kapitan Ağasıyev” gəmiləri “Bakı-Bahar”, “Vixr-9”, “Vixr-5”, “Zirə”, “Mərdəkan” və “Sumqayıt” gəmiləri isə “Qaradağ-MPS-Ümid” bölgələrində təhlükəsizliyin təmin olunması istiqamətində xidmət keçirib.

“Salyut” və “Hövsan-5” gəmiləri isə ASCO-nun sahil obyektləri ərazisində növbətçiliyə cəlb olunub. Bu saatadək hər hansı fövqəladə hal qeydə alınmayıb.

ASCO-da hava şəraitinin kəskin dəyişməsi ilə bağlı həyata keçirilən bütün tədbirlər əlaqələndirilib və mərkəzləşdirilmiş nəzarət gücləndirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.