İQTİSADİYYAT


Gəmiçilik dezinfeksiya işlərini davam etdirir

Bakı, 5 avqust, AZƏRTAC

“Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Akademik Həsən Əliyev”, “Cəlil Məmmədquluzadə”, “Qarabağ”, “Mikayıl Müşfiq”, “Cənub-19”, “Orion-3”, “Hövsan-5”, “Alı Mustafayev”, “Atlet-5”, “İslam Kərimov”, “Cəmil Niftəliyev”, “Cənub-21”, “Abşeron-18”, “Abşeron-21”, “Qaradağ-8”, “Orion-17”, “Zərdab-3”, “Abşeronskaya-6”, “MPK-460”, “Andoqa” gəmilərində və 639 saylı üzən emalatxana aparılıb.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.