İQTİSADİYYAT


Gəmiçilik profilaktik tədbirləri davam etdirir

Bakı, 26 aprel, AZƏRTAC

“Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Hövsan-5”, “Xəzər-1”, “Bulaq-2”, “Ədalət Gülməmmədov”, “MPK-460”, “Balakən”, “General Əsədov”, “Mərdəkan”, “PSK-33”, “MPK-474”, “PSK-40”, “PSK-38”, “PSK-51”, “MPK-455”, “Qaradağ-10”, “Professor Gül”, “Üzən Kopyor-315”, “Qaradağ-11”, “PS-153”, “Şirvan-3” gəmilərində, eyni zamanda Xəzər Dəniz Neft Donanmasının inzibati binasında, anbarlarında, paltardəyişmə yerlərində, yeməkxanasında, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun paltardəyişmə yerlərində və yeməkxanasında aparılıb.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.