İQTİSADİYYAT


Gəmiçilikdə “Təhlükəsizlik günü” keçirilib

Bakı, 8 fevral, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) rəhbər şəxslər, bütün gəmilərə təhkim olunmuş hamiyəçi kapitan və mexaniklərin iştirakı ilə “Təhlükəsizlik günü” keçirilib.

Gəmiçilikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin (KSƏTƏMM) rəisi Ələkbər Əzizli təqdimatla çıxış edib. O, ötən il dünya gəmiçiliyində qeydə alınan hadisələrə nəzər salıb, onların başvermə səbəblərindən danışıb.

Daha sonra 2018-ci ilin dördüncü rübündə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində qeydə alınmış hadisələr barədə məlumat verilib. Təhlükəsizlik, yanğın və ekologiya üzrə ümumi nöqsanlar diqqətə çatdırılıb, idarələr üzrə təkrarlanan nöqsanlarla bağlı məruzələr dinlənilib. ASCO və struktura daxil olan donanmalarda keçirilmiş xarici və daxili auditin nəticələri, ötən ilin son rübündə “Təhlükəsizliyin Keyfiyyətli İdarəedilməsi Sistemi”ndə (TKİS) edilmiş dəyişikliklər, donanmalar, idarələrdə 2018-ci ilin dördüncü rübü üzrə KSƏTƏMM və tibbi müayinə statistikası ətrafında fikir mübadiləsi aparılıb.

Baş verə biləcək hadisələrin qarşısını almaq üçün hazırlanan maarifləndirici materiallar (videoçarxlar, bülletenlər) nümayiş edilib, ötən il görülən işlər və cari ildəki hədəflər kimi mövzular diqqət mərkəzində olub.

“Təhlükəsizik günü”ndə ASCO-nun sədri Rauf Vəliyev Gəmiçilikdə təhlükəsizlik məsələlərinin hər zaman xüsusi diqqətdə saxlanıldığını deyib. Bildirib ki, ASCO-da təhlükəsizliklə bağlı sərt tələblər mövcuddur və bu tələblərə hər bir əməkdaş əməl etməlidir.

Toplantıda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də təhlükəsizliklə bağlı keçirilən SƏTƏM təlimləri və onların əhəmiyyəti haqqında da ətraflı məlumat verilib. Bildirilib ki, maarifləndirmə hesabına hadisələrin sayında azalma qeydə alınıb. Müsbət nəticənin əldə olunmasında hadisələrin araşdırılması və təhlilinin mühüm rol oynadığı diqqətə çatdırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.