İQTİSADİYYAT


Gəmiçiliyin Təlim Tədris Mərkəzində yenidən akkreditasiya auditi keçirilib

Gəmiçiliyin Təlim Tədris Mərkəzində yenidən akkreditasiya auditi keçirilib

Bakı, 16 aprel, AZƏRTAC

Böyük Britaniyanın nüfuzlu “The Nautical Institute” təşkilatı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Təlim Tədris Mərkəzində (TTM) yenidən akkreditasiya auditi keçirib.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, koronavirus pandemiyası səbəbindən audit onlayn qaydada “The Nautical Institute”nin sertifikasiya üzrə meneceri Qasim Masood tərəfindən aparılıb.

Audit zamanı TTM-in standartlara uyğunluğu yoxlanılıb, son üç ildə təşkil olunan Dinamik Mövqe Saxlama təlimlərinin sənədləri nəzərdən keçirilib. Yoxlama nəticəsində mərkəzin standartlara uyğun fəaliyyət göstərdiyi təsdiqlənib və DP təlimlərinin keçirilməsi üçün növbəti üç il müddətinə şəhadətnamə verilib.

Qeyd edək ki, “The Nautical Institute” təşkilatı ilk dəfə 2017-ci ildə ASCO-nun Təlim Tədris Mərkəzinə Dinamik Mövqe Saxlama təlimlərinin keçirilməsi üçün şəhadətnamə verib. Bu şəhadətnamə “DP Induction” və “DP Simulator” təlimlərinin keçirilməsinə şərait yaradır. Hazırda Təlim Tədris Mərkəzi dünyada “DP Induction” və “DP Simulator” təlimlərinin keçirilməsinə səlahiyyəti olan 84 mərkəzdən biri, Azərbaycanda isə yeganə mərkəzdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.