İQTİSADİYYAT


Gəmiçiliyin Xəzər Dəniz Neft Donanmasının gəmisi yeni xarici layihəyə cəlb olunub

Bakı, 12 iyul, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının gəmisi yeni xarici layihəyə cəlb olunub.

QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, “İrgiz” yedək-təchizat gəmisi “Seven Mile Shipping Limited” şirkətinin sifarişi əsasında “Jambul” layihəsi çərçivəsində Xəzərin Qazaxıstan sektorunda yedək-təchizat işləri həyata keçirir.

Hazırda işlər uğurla davam etdirilir. İrimiqyaslı layihələrdə gəmiçiliyin aktiv iştirakı ölkəyə xarici valyuta gətirmək, eyni zamanda əməkdaşlıq, təcrübə qazanmaq baxımından da olduqca əhəmiyyətli sayılır.

Məlumat üçün bildirək ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Xəzər Dəniz Neft Donanması Xəzər dənizində neft-qaz hasilatı proseslərinin tam təmin edilməsi, o cümlədən dəniz özüllərinin, estakadaların tikintisi, geoloji-kəşfiyyat, neft-qaz kəmərlərinin çəkilişi və digər xidmətləri həyata keçirir. Donanmanın tərkibində müxtəlif tip ixtisaslaşdırılmış gəmilər var ki, bu da Azərbaycan Xəzər Dəniz Gəmiçiliyini göstərdiyi xidmətlərin çoxşaxəliyinə görə dünyada unikal şirkətlər sırasına daxil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.