İQTİSADİYYAT


Gəmiçiliyin ötən il üçün gəlir və xərclər smetasının proqnoz göstəricilərinin dürüstləşdirilməsi müzakirə edilib

Bakı, 23 oktyabr, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Müşahidə Şurasının (MŞ) 2021-ci il üzrə növbəti iclası keçirilib.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, Müşahidə Şurasının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyətinin üzvlərinin iştirak etdiyi iclasda ASCO MŞ-nin verdiyi qərar və tapşırıqların icra vəziyyəti nəzərdən keçirilib, eləcə də cəmiyyətdə daxili audit fəaliyyətinin təşkilinə dair MŞ-nin komitələrindən daxil olmuş təkliflərə dair geniş fikir mübadiləsi aparılıb.

Cəmiyyətin ötən il üzrə gəlir və xərclər smetasının proqnoz göstəricilərinin dürüstləşdirilməsi ətrafında müzakirələr aparan Müşahidə Şurası növbəti il üzrə gəlir və xərclər smetasının ilkin göstəricilərini nəzərdən keçirib.

İclasda, həmçinin ASCO-nun mümkün risklərin nəticələrinin azaldılması və qarşısının alınması üçün hüquqi-korporativ strukturun təkmilləşdirilməsi, o cümlədən 2020-2021-ci illəri əhatə edən “Dayanıqlı İnkişaf Haqqında Hesabatı”na dair məsələlərlə bağlı iclas iştirakçılarının rəyləri dinlənilib.

Müşahidə Şurasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin digər cari məsələləri ilə bağlı da müzakirələr aparılaraq müvafiq qərarlar qəbul olunub.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 fevral tarixli Sərəncamına əsasən yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.