REGİONLAR


“Gəmiqaya Nəqliyyat” MMC-də keçirilən gündüz məşğələsi başa çatıb

Naxçıvan, 23 fevral, AZƏRTAC

Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin döyüş və peşə hazırlığı planına uyğun olaraq şöbənin növbətçi yanğınsöndürmə xidmətlərinin şəxsi heyətinin iştirakı ilə “Gəmiqaya Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətində üçgünlük gündüz məşğələsi təşkil edilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, məşğələ müddətində şöbənin növbətçi yanğınsöndürmə xidmətlərinin şəxsi heyətinə “Gəmiqaya Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin müvafiq vəzifəli şəxsləri tərəfindən müəssisənin əsas fəaliyyəti, yanğın, yanğın-partlayış təhlükəli sahələri və müəssisə ərazisində fəaliyyət göstərən oksigen doldurma sexi haqqında ətraflı məlumat verilib, müəssisədə yaradılmış könüllü yanğın komandasının rolu və ilkin yanğınsöndürmə vasitələrinin vacibliyi vurğulanıb.

Məşğələ zamanı əməkdaşlara oksigen doldurma sexində işçilər tərəfindən gündəlik görülən təhlükəsizlik tədbirləri və sexdə istifadə olunan kompressor qurğusu və digər avadanlıqlar haqqında geniş məlumat verilib, balonların doldurulması prosesi göstərilib. Eyni zamanda, müəssisənin yanacaqdoldurma məntəqəsinin ərazilərinə, yanacaq saxlanılan çənlərə və mövcud olan yanğınsöndürmə vasitələrinin vəziyyətinə baxış keçirilib, işçilərlə yanğına qarşı maarifləndirici söhbətlər aparılıb.

Təsdiq olunmuş plana əsasən, şəxsi heyətin döyüş və peşə hazırlığının artırılması məqsədilə “Gəmiqaya Nəqliyyat” MMC-də şərti olaraq baş vermiş yanğının söndürülməsi və lokallaşdırılması istiqamətində tapşırıqlar icra olunub.

Sonda Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Mirtaleh Seyidovun məşğələnin nəticələri ilə bağlı çıxışı dinlənilib, müvafiq tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.