CƏMİYYƏT


“GəncLİK” proqramı üçün ərizə qəbuluna start verilir

Bakı, 27 may, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Gənclər Fondunun birgə həyata keçirdiyi Gənc Liderlərin İnkişafı Konsepsiyası - “GəncLİK” proqramı üçün ərizə qəbuluna start verilir.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, “GəncLİK” proqramının məqsədi gənclərin liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi, onların potensialının hərtərəfli təkmilləşdirilməsidir. Cari ilin sentyabr-dekabr aylarını əhatə edəcək proqram çərçivəsində 30 gənc lider yerli və xarici mütəxəssislərin təlimlərində iştirak edəcək, onların regionlara səfərləri və dövlət qurumlarının rəhbər şəxsləri ilə görüşləri təşkil olunacaq.

Növbəti mərhələdə isə iştirakçılar dövlət qurumlarında, tanınmış şirkətlər və beynəlxalq təşkilatlarda ödənişli təcrübə keçəcəklər. Məzun liderlərə fərdi ideyalarını reallaşdırmaq üçün xüsusi dəstək veriləcək, onların karyera inkişafı təşviq olunacaq.

Proqramda iştirak etmək istəyən 27 yaşınadək bakalavr dərəcəsi olan gənclər www.genclider.az internet səhifəsi vasitəsilə iyunun 24-dək müraciət edə bilərlər.

Qeyd edək ki, son illər ərzində ölkəmizdə gənclər siyasəti sahəsində istər qanunvericilik, istərsə də təcrübi sahədə mütərəqqi addımlar atılır, gənclərin özünü təsdiq etməsi və onların hər birinin potensialının üzə çıxarılması üçün lazımi şərait yaradılır.

Gənclərin ictimai həyatda rolunun artırılması baxımından onların qərar qəbuletmə, natiqlik, məsuliyyəti öz üzərinəgötürmə və s. kimi liderlik bacarıqlarının müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilməsi aktual məsələlərdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.