ELM VƏ TƏHSİL


Gənc Alim və Mütəxəssislər Şurasının gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib

Bakı, 23 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının 2018-ci il üzrə hesabatında qurumun gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Şuradan AZƏRTAC-a bildirilib ki, gənc alim və mütəxəssislərin nüfuzlu jurnallarda dərc edilən məqalələrinin nəticələrinə, yerinə yetirilən dissertasiyaların elmi yeniliklərinə uyğun olaraq AMEA-nın YT Parkı ilə əməkdaşlıq əlaqələri daha da genişləndiriləcək. Bu baxımdan startap layihələrinin təqdimatlarının, eləcə də gənc alimlərin elmin kommersiyalaşdırılması sahəsində rolunu artırmaq üçün müvafiq tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Azərbaycanın milli-mənəvi irsini, tarixi həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq, elmi nailiyyətləri qlobal səviyyədə ictimailəşdirmək üçün İKT-nin müasir imkanlarından istifadə, xüsusən vikipediya ensiklopediyası ilə bağlı hərəkata gənclərin cəlb edilməsi məqsədilə təlimlərin təşkili də qarşıda duran vəzifələrdəndir.

AMEA-da gənclərin sosiallaşmasını təmin etmək məqsədilə atılan mühüm addımlar – elmin populyarlaşdırılması, idman yarışları, paytaxtda və regionlarda yaşayan gənc alimlər arasında əməkdaşlıq əlaqələri və digər istiqamətlərdə həyata keçirilən tədbirlər davam etdiriləcək. Gənclərin intellektual potensialının inkişafı, onların daha geniş miqyasda elmi və elmi-təşkilati fəaliyyətə cəlb edilməsi istiqamətində kompleks tədbirlər həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.