CƏMİYYƏT


“Gənc İqtisadçıların Qış Məktəbi” layihəsi uğurla icra olunub

Bakı, 9 yanvar, AZƏRTAC

Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydasına əsasən Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi müsabiqəyə Həmid-Xan Tahirli “Gənc İqtisadçıların Qış Məktəbi” layihəsini təqdim edib və müsabiqənin qalibi olub.

Binəqədi Gənclər Evindən AZƏRTAC-a bildiriblər ki, layihənin başlıca məqsədi gənclərin iqtisadi biliklərinin praktiki cəhətdən artırılması, problemlə bağlı fikir mübadiləsi üçün şəraitin yaradılması, həmçinin gənclərin Azərbaycan xalqının dilinə, adət-ənənələrinə, mənəvi dəyərlərinə, dövlət rəmzlərinə hörmətini, azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyəsini gücləndirməkdir.

Binəqədi Gənclər Evində keçirilən layihə təlim və yarış formasında 4 gün davam edib.

Layihə əvvəlcədən seçilmiş 28 nəfərlə başlayıb, lakin gənclərin marağı nəzərə alınaraq say 35 nəfərədək artırılıb. Təlimlərə Paşa Bankdan, Azərbaycan Dövlət İqtisad Universitetindən, Milli Arxiv İdarəsindən müvafiq sahə üzrə peşəkar mütəxəssislər cəlb olunmuş, gənclərə bank və BOKT, insan resursları, Vergi Məcəlləsi və iqtisadiyyat barədə mühazirələr oxunub, məsələ ilə bağlı maraqlı diskussiyalar aparılıb.

İştirakçılara müsabiqənin qalibi Həmid-Xan Tahirli tərəfindən müvafiq sertifikatlar təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.