CƏMİYYƏT


“Gənc Liderlər üçün Qış Universiteti”ndə müxtəlif dövlət qurumlarının rəhbər şəxsləri təqdimatla çıxış ediblər

Bakı, 6 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam" Gənclər Hərəkatının təşkilatçılığı ilə Naftalan şəhərində keçirilən "Gənc Liderlər üçün Qış Universiteti"nin növbəti mövsümü davam edir.

"Davam" Gənclər Hərəkatından AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi gənc liderlər və ictimai fəalların üzə çıxarılması, onların intellektual inkişafına nail olunması, dünyagörüşünün artırılması və asudə vaxtlarının səmərəli təşkil edilməsidir.

Sonra layihənin proqramına əsasən panel müzakirələr keçirilib.

"Qış Universiteti"nin üçüncü günündə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun təqdimatında “Azərbaycanda din: ideoloji və ictimai təhlükəsizlik müstəvisində”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyevin təqdimatında "Dövlət məşğulluq siyasəti və əmək bazarında yeni trendlər", Milli Məclisin deputatı Könül Nurullayevanın təqdimatında "Gənclər siyasəti, gender bərabərliyi və ictimai fəaliyyət" mövzusunda layihə iştirakçıları ilə fikir mübadiləsi aparılıb.

Günün sonunda DJ-in müşayiəti ilə gənclərin zövqünü oxşayan mahnıların sədası altında əyləncəli anlar yaşanıb.

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.