İQTİSADİYYAT
“Gənc OL” tarifi çərçivəsində “PlayStation FİFA 2014” çempionatı keçirilir

“Azercell Telecom” MMC “Gənc OL” tarifi çərçivəsində “PlayStation FİFA 2014” çempionatı keçirir. Oktyabrın 22-dək “Gənc OL” portalında qeydiyyatdan keçən 16 yaşdan yuxarı abonentlər bu maraqlı yarışmaya qoşula bilərlər.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “PlayStation FİFA 2014” çempionatı oktyabrın 25-də “Nizami” kinoteatrında başlayacaq və 4 gün davam edəcək. Yarışmada “PlayStation FİFA 2014” futbol simulyator video oyunu oynanılacaq. İştirakçıların siyahısı, yarışmanın vaxtı və digər lazımi məlumatlar oktyabrın 24-də “Gənc OL” portalında yayımlanacaq. Yarışın qalibi “IPhone 6 Gold” (64GB), 2-ci yerin sahibi “IPad Air” Wi-Fi 4G (16 GB), 3-cü yerin sahibi isə “IPad Mini Retina” Wi-Fi (32GB) ilə mükafatlandırılacaq.
Daha ətraflı məlumat [email protected] ünvanında yerləşdirilib.