MƏDƏNİYYƏT


Gənc Sinemaçılar Klubunun üzvlərinin kinolayihələri beynəlxalq müsabiqədə

Bakı, 29 oktyabr, AZƏRTAC

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubunun üzvləri Orxan Ağazadənin “Rəqqas”, Rüfət Kərimzadənin “Qurd” və Fərəc Süleymanovun “İtirilmiş cənnət” kinolayihələri 8-ci Malatya Beynəlxalq Film Festivalı çərçivəsində keçiriləcək film platformasının ssenari müsabiqəsinin finalına çıxıb.

Kinostudiyadan AZƏRTAC-a bildirilib ki, bu il keçiriləcək film platforması Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Azərbaycanfilm” kinostudiyasının əməkdaşlığı ilə reallaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.