MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrı “Əlif” beynəlxalq teatr festivalına qatılıb

Bakı, 21 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ölkəmizi İranın Təbriz şəhərində keçirilən “Əlif” beynəlxalq teatr festivalında “Dəlinin qeydləri” monotamaşası ilə təmsil edir.

Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşa bu gün festival iştirakçılarına təqdim ediləcək. Nikolay Qoqolun pyesi əsasında Xalq artisti, rejissor Cənnət Səlimovanın quruluş verdiyi əsər bu günə kimi bir çox xarici ölkələrdə - Rusiya, Ukrayna, Belarus, Moldova, İran, Türkiyə, Tatarıstan, Orta Asiya ölkələrində beynəlxalq festivallarda uğurla iştirak edib. Tamaşanın rəssamı Lətifə Quluzadədir. Aksenti İvanoviç rolunu Əməkdar artist Şövqi Hüseynov canlandırır. Səhnə əsərində “kiçik adam” faktının törətdiyi problemlərin həlli yolları axtarılır. Qəhrəman təxəyyülündə yaratdığı, real olmayan dünyasında sosial bərabərsizliyi məhv etməyə çalışır. Dahi Alfred Şnitkenin musiqisi bu əsarətdən qurtulmaq ağrısını daha da təsirli ifadə edir.

Festival noyabrın 24-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.