MƏDƏNİYYƏT
Gənc Tamaşaçılar Teatrı Formula 1 zamanı maraqlı repertuarla çıxış edib
Bakı, 30 aprel, AZƏRTAC
Formula 1 Azərbaycan Qran-Prisi günlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özəl repertuarla çıxış edib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşaçılar sənət ocağının səhnəsində “Konnemarada bir kəllə”, “Yalqız Qərb”, “Mən gəldim qızlar” və “Aydın” tamaşalarını izləyiblər. Səhnə əsərləri ingilis dilində subtitrlərlə təqdim olunub. Tamaşalar zamanı ingilis dilində subtitrlərin tətbiqi yarış bitdikdən sonra da davam etdiriləcək. Tamaşaları izləyənlər arasında Türkiyə, İran və Rusiyadan gəlmiş turistlər çoxluq təşkil edib. “Yalqız Qərb” tamaşasını izlədikdən sonra qonaqlar şəhərimiz haqqında təəssüratlarını bölüşüblər və razılıqlarını ifadə ediblər. İtaliya, Türkiyə, Rusiya, İran və Pakistandan gəlmiş qonaqlar tamaşanın koloriti, eləcə də teatr binasının orijinal dizaynı ilə bağlı fikirlərini də bölüşüblər.