MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrı balaca tamaşaçıları unutmayıb

Bakı, 5 fevral, AZƏRTAC

Fevralın 9-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı azyaşlı tamaşaçıları üçün Pərvin Nurəliyevanın eyniadlı pyesi əsasında Əməkdar artist Nicat Kazımovun quruluş verdiyi “Qoğalın sərgüzəştləri” tamaşasını təqdim edəcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərində əsas rolları Anar Seyfullayev, Ramil Məmmədov, Zülfiyyə Alhüseynova, Müşfiq Əliyev, Tahir İsmayılov, Günel Məmmədova, Asya Atakişiyeva canlandıracaq.

Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğludur, musiqi tərtibatı İradə Muradovaya aiddir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.