MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda uğurla iştirak edib

Bakı, 14 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar Artist Şövqi Hüseynov “Vidlunya” Beynəlxalq Monodram Festivalı təşkilat komitəsinin dəvəti ilə Ukraynanın Xmelnitski və Çerniqov şəhərlərində keçirilən iyirminci “Vidlunya” Beynəlxalq Monodram Teatr Festivalında P.Züskindin “Kontrabas” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edib. Azərbaycanlı aktyor festivalın “Ən yaxşı səhnə həlli və aktyor oyunu” nominasiyasında diploma layiq görülüb.

Ş.Hüseynov AZƏRTAC-a bildirib ki, festivalda Qırğızıstan, Kosovo, Ukrayna, Moldova, Polşa, İsrail və digər ölkələr iştirak edib. O deyib: “Festival çərçivəsində hər gün iki tamaşa nümayiş olunub və tamaşalardan sonra görkəmli teatr xadimlərindən ibarət heyət hər bir tamaşanın müzakirəsini və təhlilini aparıb. Festivalda yerlər olmadığı üçün sadəcə nominasiyalar üzrə diplomlar təqdim edilirdi. Ukraynanın telekanallarında festival haqqında geniş reportajlar verilib və bu reportajlarda Azərbaycan haqqında süjetlər təqdim olunub”.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.