MƏDƏNİYYƏT
Gənc Tamaşaçılar Teatrı bu həftə 8 tamaşa təqdim edəcək
Bakı, 23 may, AZƏRTAC
Mayın 25-dən 29-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı müxtəlif janrlarda 8 tamaşa təqdim edəcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 25-də görkəmli dramaturq Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları”, ayın 26-da Y.Abramov və L.Bəyimin aprel şəhidlərinin xatirəsinə həsr etdikləri “Yarımçıq qalmış”, mayın 27-də saat 12:00 və 14:00-da məktəblilər üçün A.Lindqrenin “Balaca və damda yaşayan Karlson”, axşam seansında isə böyüklər üçün Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” və mayın 28-da Respublika Günü münasibətilə saat 12:00, 14:00 və 16:00-da A.Tolstoyun “Buratinonun macəraları” tamaşaları nümayiş etdiriləcək.
Tamaşalara biletləri şəhərimizin bütün teatr-tamaşa müəssisələrinin kassalarından, “ASAN xidmət” Mərkəzinin filiallarından, habelə, www.iticket.az saytına daxil olmaqla onlayn vasitəsilə əldə etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]