MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrı ötən ili uğurla başa vurub

Bakı, 3 yanvar, AZƏRTAC

Ötən mövsüm Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı üçün məhsuldar olub.

Bu barədə AZƏRTAC-a məlumat verən teatrın mətbuat xidmətinin rəhbəri Pərvin Nurəliyeva deyib: “Ötən il Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi keçirildi. Yubiley təntənəsinə hazırlıq, yeni əsərlərin repertuara daxil edilməsi, ölkə başçısının Sərəncamı ilə bir sıra əməkdaşlarımızın fəxri adlarla təltif edilməsi və bu kimi hadisələr 2018-ci ili teatrımızın həyatında yaddaqalan ilə çevirdi. Tamaşaçılarımız teatrın repertuarına son dərəcə maraqla yanaşırlar. Belə ki, Əməkdar artist Nicat Kazımovun quruluşunda hazırlanan “Bremen musiqiçiləri” və baş rejissor Bəhram Osmanov tərəfindən quruluş verilən “Don Kixot” tamaşası teatrın ən uğurlu işlərindən oldu”.

P.Nurliyeva ötən ilin əlamətdar hadisəsi kimi yubiley tamaşasını da xüsusi vurğulayıb: “Yubiley tədbirimizdə teatrımızın 90 ildə keçdiyi yola baxış sərgiləndi. Vaqif Əsədovun quruluşunda hazırlanan yubiley tədbirində ölkənin, xalqın taleyi ilə sənətin taleyi paralel göstərildi”.

Teatrın 2019-cu il üçün repertuar planlarını vaxtından əvvəl açıqlamağı məqbul hesab etməyən P.Nurəliyeva yalnız onu bildirib ki, növbəti ildə E.Şmidtin “Tanrıya 14 məktub” əsərinin Nicat Kazımovun quruluşunda tamaşaya qoyulması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.