MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrı sentyabr ayında nümayiş etdiriləcək tamaşaların siyahısını açıqlayıb

Bakı, 8 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı sentyabr ayında nümayiş etdiriləcək tamaşaların siyahısını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, teatr özünün 90-cı yubiley mövsümünə sentyabrın 23-də gündüz saat 12:00-da C.Rodarinin “Çippolino”, axşam 19:00-da isə M.F.Axundzadənin “Hekayəti-xırs quldurbasan” tamaşaları ilə start verəcək. “Hekayəti-Xırs quldurbasan” tamaşası eyni zamanda Beynəlxalq Sülh Gününə həsr olunacaq.

Daha sonrakı günlərdə isə aşağıdakı tamaşalar təqdim ediləcək:

24 sentyabr- A.Lindqren “Uzuncorab Pippi”, İ.Əfəndiyev “Sarıköynəklə Valehin nağılı”

29 sentyabr - T.Vəliyeva “Cəza” (kiçik səhnədə) premyera

30 sentyabr - Ş.Perro “Çəkməli pişik”, V.Şuqrayeva, Ə.Əmirli “Qohumlar”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.