MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrı uşaqlar üçün  maraqlı repertuar hazırlayıb

Bakı, 19 oktyabr, AZƏRTAC

Gənc Tamaşaçılar Teatrı həftəsonu uşaqlar və böyüklər üçün maraqlı repertuarla çıxış edəcək.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, balaca tamaşaçılar oktyabrın 20, 21, 22-də müvafiq olaraq “Əlincə qalası”, “Tıq-tıq xanım”, “Çirkin ördək balası” tamaşalarını izləyə biləcəklər. Böyüklər üçün isə oktyabrın 21-də Ə.B. Haqverdiyevin “Pəri Cadu”, 22-də Ə.Əmirlinin “Mən səni sevirəm” tamaşaları təqdim olunacaq.

Tamaşalarda Xalq Artisti Yasin Qarayev, Əməkdar artistlər Elşən Rüstəmov, Almaz Mustafayeva, Nicat Kazımov, Kəmalə Hüseynova, Naibə Allahverdiyeva, Nofəl Vəliyev, Leyli Vəliyeva, Şəfəq Vəliyeva, aktyorlardan Mehriban Abdullayeva, Elşən Rüstəmov, Anar Seyfullayev, Müşfiq Əliyev və digərləri iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.