MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrında “Ələddinin sehrli çırağı” nümayiş olunacaq

Bakı, 9 yanvar, AZƏRTAC

Yanvarın 30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Ələddinin sehrli çırağı” tamaşası nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, rejissor işi, musiqi tərtibatı və rəqslərin quruluşu teatrın rejissoru, Əməkdar artist Nicat Kazımova məxsus olan tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayevdir.

İkihissəli nağıl tamaşada Xalq artisti Nübar Novruzova, Əməkdar artistlər Atabala Səfərov, Nicat Kazımov, Elşən Rüstəmov, Almaz Mustafayeva, Əməkdar incəsənət xadimi Qəmər Məmmədova, aktyorlar Təhminə Məmmədova, Vüsal Mehrəliyev, Eyvaz İbrahimov, və başqaları iştirak edirlər.

Ərəb xalq nağıllarının motivləri əsasında hazırlanmış bu tamaşa kasıb Ələddinin başına gələn hadisələrdən bəhs edir. Əmisinin hiyləsinə uyub köməksiz anasını atıb arzularının ardınca gedən Ələddin çox çətin sınaqlardan çıxır. Qarşısına çıxan Cin onun başına gələn əhvalatlarda mühüm rol oynayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.