MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrında “Cosmic love” tamaşası nümayiş olunub

Bakı, 30 sentyabr, AZƏRTAC

İkinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 30-da Gənc Tamaşaçılar Teatrında Kanadanın Klara Furey rəqs qrupunun “Cosmic love” tamaşası nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, “Cosmic love”də xoreoqraf Klara Furey işini fiziki təzahürlərin intuitiv və poetik təqdimatı ətrafında qurub.

Hər növ ünsiyyətin mümkün olduğu minimalist quruluşda o, daimi şəkil dəyişən enerji və sadə jestlərdən ibarət ayinlərə müraciət edib. Bununla Klara Furey yeddi ifaçı ilə canlı bədənlərin bənzərsiz parlaqlığını aşkara çıxaran abstrakt əsər yaratmağı bacarıb.

Tamaşa böyük maraq doğurub.

Qeyd edək ki, incəsənət sahəsində rəqs dünyasına daxil olmazdan əvvəl Klara Furey bəstəkar kimi çalışıb. 2011-ci ildən o, istiqamətini xoreoqrafiyaya çevirərək hissi qavrayışın yüksək səviyyədə dərk edilməsi mövzusu ətrafında mərkəzləşən iş yaradıb. O, daima öz individuallığını incə detallarda təcəssüm etdirərək bədən hərəkətlərinə xüsusi önəm verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.