MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrında “Hasarın o üzü” tamaşası təqdim ediləcək

Bakı, 6 fevral, AZƏRTAC

Fevralın 16-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Hasarın o üzü” tamaşası təqdim olunacaq.

AZƏRTAC xəbər verir ki, səhnə əsəri tanınmış yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanıb.

Tamaşada Xalq artistləri Həmidə Ömərova, Nurəddin Mehdixanlı, aktyorlar Günel Məmmədova, Şəbnəm Hüseynova, Asya Atakişiyeva və Səbinə Məmmədova çıxış edəcəklər.

Allaha sığınmağı hər nemətdən üstün tutan bir ziyalı ailəsində baş verən dramatik hadisələr tamaşanın əsas süjet xəttini təşkil edir. İnsan mənəviyyatı, əxlaq prinsipləri, milli mentalitet və cəmiyyətin bu dəyərlərə münasibəti bir ailə çərçivəsində bütün kəskinliyi ilə bədii obrazlar vasitəsilə önə çəkilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.