MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrında “Tənbəl Əhməd” tamaşasının premyerası keçirilib

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Tənbəl Əhməd” tamaşasının premyerası keçirilib.

Teatrdan AZƏRTAC-a bildirilib ki, Azərbaycan xalq nağılı əsasında səhnələşdirilmiş və teatrın repertuar planında təsdiq olunmuş “Tənbəl Əhməd” tamaşası yeniyetmə və gənclərdə xeyirxahlıq, zəhmətkeşlik, sadiqlik kimi yüksək insani keyfiyyətləri aşılayır. Xalq nağılı qəhrəmanının sərgüzəştləri kiçik yaşlı tamaşaçıların sevgisini qazanıb. Nağılın müasir uşaqların dünyagörüşünə uyğun rejissor yozumu, səhnə və musiqi tərtibatı, geyim və aktyor oyunu məktəblilərin nağıllar aləminə səyahətinə bələdçilik edib, onların tamaşa müddətində obrazlarla təmasda olmalarına şərait yaradıb.

Quruluşunu gənc rejissor Ayla Osmanovanın verdiyi tamaşada Tənbəl Əhməd rolunu gənc aktyorlar Ramil Məmmədov və Vahid Orucoğlu, rolları Əməkdar artistlər Nəsibə Eldarova, Vahid Əliyev, aktyorlardan Səbinə Məmmədova, Natiq Fərzəliyev, Zümrüd Quliyeva, Anar Seyfullayev, Müşfiq Əliyev, Xəyalə Meydanova və başqaları ifa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.