MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrında növbəti tədbir - “Nağılların rəng dünyası”

Bakı, 27 may, AZƏRTAC

Mayın 27-də Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “21 May - Ümumdünya Mədəni Müxtəliflik Günü” ilə əlaqədar “Nağılların rəng dünyası” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd mədəni müxtəlifliyin müsbət rolunu, onun dəyər və əhəmiyyətini uşaq və yeniyetmələrə aşılmaq və müxtəlif xalqların mədəniyyətlərini nümayiş etdirmək, həmçinin uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, mütaliəyə həvəsləndirməklə nağılları yaşatmaqdır.

Uşaq yazıçıları və digər qonaqların iştirak etdikləri tədbirdə bildirilib ki, milli-mədəni müxtəliflik mədəni zənginlik deməkdir. F.Köçərli adına Respublika Uşaq Kitabxanası milli-mədəni müxtəlifliyin qorunub saxlanmasında, inkişafında maraqlıdır və buna dəstək verir.

Tədbirdə uşaqların iştirakı ilə musiqili nağıl tamaşa və Gənc Tamaşaçılar Teatrının foyesində dünya xalqlarının nağıllarını əks etdirən maraqlı uşaq kitab sərgisi nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.